Zirə Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırdı

25.09.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın Kambrils şəhərində minifutbol üzrə Çempionlar Liqası davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi olan ölkə çempionu “Zirə” və “Birbaşa Bakı” Çempionlar Liqasının pley-off mərhələsində oyunlarını keçirib. Hər iki komanda məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

1/4 final
“Zirə” – “Rooftop Budapeşt” (Macarıstan) — 0:0, penaltilərlə 0:2

1/8 final
“Birbaşa Bakı” – “Bukovina Baudeti” (İngiltərə) — 0:0, penaltilərlə 0:2
“MFK MK No Sbet Podqoritsa” (Monteneqro) – “Zirə” — 2:2, penaltilərlə 1:3

Qrup mərhələsində “Birbaşa Bakı” İngiltərənin “Ardeleni” (3:2), Macarıstanın “Çikaqo Bandur” (3:0) və Slovakiyanın “AK Real Koholiks” (2:0) komandaları ilə qarşılaşıb.

“Zirə” isə Bosniya və Herseqovinanın “Krayna Plan 21” (1:1), Çexiyanın “Hanspaulkom” (2:0) və İspaniyanın “Grupo Roxu” (1:2) klubları ilə oynayıb.

Azərbaycanın üçüncü təmsilçisi “Aznur” isə qrup mərhələsini keçə bilməyib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью