futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın Kambrils şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasında Azərbaycanın sonuncu təmsilçisi olan “Zirə” yarışı tərk edib.
Futbolpress.az xəbər verir ki, Seymur Məmmədovun baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsində Macarıstanın “The Private Rooftop” klubu ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb – 0:0. Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında isə Macarıstan təmsilçisi daha dəqiq davranaraq 2:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə “Zirə” yarışla vidalaşıb və Azərbaycan təmsilçiləri İspaniyadakı turniri medal qazanmadan başa vurublar.
Çempionlar Liqası
1/4 final
“Zirə” – “The Private Rooftop” 0:0
Penaltilər seriyası: 0:2
Çempionlar Liqasında mübarizə aparan digər klublarımızdan “Birbaşa Bakı” 1/8 finalda, “Aznur” isə qrup mərhələsində çıxışını başa vurmuşdu.