Zirə də ciddi itki: 3 4 ay oynamayacaq

28.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Zirə"nin heyətində ciddi itki baş verib.

Klubun mətbuat xidmətindən Sportal.az saytına verilən məlumata görə, "qartallar"ın yarımmüdafiəçisi Yusuf Laval sıradan çıxıb. Nigeriyalı futbolçu Premyer Liqanın 20-ci turunun "Şamaxı" ilə səfər matçında (2:1) zədələnib.

Lavalın zədəsi ciddidir. 26 yaşlı oyunçu əməliyyat olunacaq. O, təxminən 3-4 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Yusuf Laval ötən ilin sentyabr ayından "Zirə"də çıxış edir. Yarımmüdafiəçi qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью