Zirə dən ayrılan futbolçu Araz Naxçıvan a keçdi

25.06.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi

"Zirə"dən ayrılan Rövlan Muradovun yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, o, karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə Naxçıvan təmsilçisi arasında anlaşmanın müddəti 1 illikdir. “Qəbələ”nin yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. O, Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью