Zirə dən böyükhesablı qələbə | Icma.az
Icma.az, Qol.az portalına istinadən məlumat verir. Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib.
QOL.az xəbər verir ki, ilk gündə bir matç keçirilir. Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edir.
Hazırda “Zirə” 39 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb.
Kubok da nəzərə alınsa, “Gənclik şəhəri”nin təmsilçisi 7 matçdır qol vura bilmir.
Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də “Neftçi” ilə matçda fərqlənib və qələbə qazanıb.
Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin üstünlüyü var.
Öz meydanında 4:1 hesablı qələbəyə sevinən Rəşad Sadıqovun komandası səfərdə də rəqibini 2 cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək. Misli Premyer Liqası 3-cü dövrə, 23-cü tur 15 fevral 19:00.
Tam oxu
Xəbəri oxu