Zirə futbolçusu ilə müqaviləni ləğv etdi

06.01.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Zirə” bir futbolçusu ilə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, klub Abbas İbrahimlə yollarını ayırıb.

Yarımmüdafiəçiylə "Zirə" arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Zirə” PFK futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Nigeriyalı 27 yaşlı futbolçu "Zirə"yə 2023-cü ilin fevralında keçmişdi. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatacaqdı.

A.Abrahim 2024/25 mövsümündə "Zirə"də az oyun şansı qazanıb. O, bütün turnirlərdə cəmi 8 oyuna çıxıb və 1 qol ötürməsi edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью