Zirə Gürcüstan təmsilçisinə qarşı

08.07.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün daha bir təmsilçimiz avrokuboklarda 2026/27 mövsümündə ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "Zirə" UEFA Konfrans Liqası I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın təmsilçisi "Torpedo" (Kutaisi) ilə qarşılaşır.

Qarşılaşma Sumqayıtda, Mehdi Hüseynzadə adına stadionda baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 16-da Kutaisidəki Ramaz Şengelia adına stadionda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi, ilk oyun

20:00. "Zirə" - "Torpedo" (Kutaisi)

Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Dördüncü, Peyman Simani (hamısı Finlandiya)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью