Zirə Gürcüstanda da darmadağına sevindi (YENİLƏNİR)

16.07.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qaynarinfo-nun məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Torpedo" komandasının qonağı olub.

Kutaisidəki "Şengeliya Arena"da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.

Sumqayıtdakı ilk matçda rəqibini üç cavabsız qolla üstələyən "Zirə" II təsnifat mərhələsinə vəsiqə qazanıb. "Qartallar" bu raundda Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Konfrans Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

16 iyul 

Torpedo (Gürcüstan) - Zirə (Azərbaycan) 0:3

Qollar: Eren Aydın, 25; 70. Amin Seydiyev, 39.

Torpedo: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 7. Vladimer Mamuçaşvili (k), 9. Komnen Andriç, 11. Georgi Arabidze, 14. Felipe Pires, 15. Luka Kuprava, 20. Dino Skorup, 22. Dato Bukiya, 24. Luka Latsabidze, 33. Mateo Stamatov.

Ehtiyat oyunçular: 31. Filip Klayçiç, 38. Soşo Kopaliani, 5. Tsotne Nadaraya, 6. Məhəmməd Şerif, 8. Mateo İtrak, 29. Malxaji Çitaişvili, 30. Tornike Antiya, 35. Dieqo Deysadze, 36. Luka Pridonişvili, 39. Vircil Pinson.

Baş məşqçi: Dirk Şuster.

Zirə: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 11. Martins Junior, 17. Vieyrinya, 21. Quima 32. Qismət Aliyev (k), 93. Brahim Konate.

Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Diqbeu Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələskərov, 77. Yeqor Boqomolski.

Baş məşqçi: Rəşad Sadıqov.

Hakimlər: Mihali Kapray, İstvan Albert, Bense Belitsa, Marsel Derdak (hamısı Macarıstan).

Kutaisi. "Ramaz Şengeliya Arena".

(İlk oyun - 0:3).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью