Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 23-də Bakıda keçiriləcək "Zirə" - "Hayduk" matçına bilet satışı davam edir.
Oxu.Az xəbər verir ki, keçiriləcək görüş üçün 3200 bilet satılıb.
Daha öncə "Hayduk"u Azərbaycanda reallaşacaq qarşılaşmada 400-450 qonaq azarkeşin dəstəkləyəcəyi bəlli olub.
Xatırladaq ki, "Zirə" - "Hayduk" görüşü "Neftçi Arena"da gerçəkləşəcək. Tərəflərin cavab oyunu iyulun 31-də Spilit şəhərində baş tutacaq.