Zirə Hayduk səddini keçə biləcək?

31.07.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, təmsilçimiz "Zirə" Xorvatiyada "Hayduk"un qonağı olacaq. 

Split şəhərində keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. 

"Zirə" bu görüşə iki ciddi itki ilə çıxacaq. Ruandalı məkəz müdafiəçsi Anje Mutsinziyə viza verilmədiyindən cavab qarşılaşmasını buraxmalı olacaq. Brahim Konate isə zədə səbəbindən "qartallar"a kömək edə bilməyəcək. 

Qeyd edək ki, cütün qalibi "Atletik Klub d"Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütündə üstün olan tərəflə qarşılaşacaq.

Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

31 iyul

23:00. "Hayduk" (Xorvatiya) - "Zirə" (Azərbaycan)
Baş hakim
 Danilo Nikoliç (Serbiya)
Split. "Polyud" stadionu
İlk oyun – 1:1

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью