Zirə Hayduk u, Araz Naxçıvan Aris i keçsə, mənim üçün sensasiya sayılmayacaq | Icma.az
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır. Azərbaycanlı futbol məşqçisi Tərlan Əhmədov Sportal.az saytına açıqlama verib.
Təcrübəli mütəxəssis Konfrans Liqasında iştirak edəcək "Araz-Naxçıvan" və "Zirə"nin şanslarını dəyərləndirib.
"Zirə"nin keçən ildən bir az təcrübəsi var. "Araz-Naxçıvan" isə Avropada yenidir. "Transfer pəncərəsi"ndə aktivlik göstərdilər.
Amma "Zirə" transferlərdə bir az durğunluq yaşadı. Rafael Utziqin olmaması mənim üçün qaranlıq qaldı. Hücum xəttində önəmli simalardan idi.
Suma da getdi. "Hayduk" Xorvatiyanın böyük klublarındandır. Böyük təcrübəyə malikdirlər. “Zirə” bu mərhələ üçün asan deyil.
Hər halda, onlara uğurlar arzulayıram. "Araz-Naxçıvan"a gəldikdə, bəli, yeni transferlər var.
Amma o futbolçular necə oynayacaqlar, bunu zaman göstərəcək. Rəqibin Yunanıstanın köklü klubu olduğunu bilirik.
"Araz-Naxçıvan” üçün ağır mərhələdir. Lakin mümkünsüz bir şey də yoxdur.
Tam oxu
Xəbəri oxu