Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” bu gün yarışda mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşır. Kutaisi təmsilçisi 2025-ci ildə Gürcüstan yüksək liqasını 3-cü yerdə başa vuraraq 2026/27 mövsümü üçün KL-də oynamaq hüququ qazanıb.
“Zirə” - “Torpedo” matçı bu gün yerli vaxtla saat 20:00-da başlayıb. Oyun Sumqayıtdakı “SOCAR Polymer Arena"da keçirilir.
8 iyul
20:00. “Zirə” (Azərbaycan) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 1:0 (Birinci hissə)
Qol: Ruan Renato, 32
Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın KL-dəki digər təmsilçisi “Neftçi” isə yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.