Zirə ilə “Birbaşa Bakı” finalda

21.03.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Minifutbol üzrə ölkə çempionatında yarımfinalın cavab oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, “Zirə” “Sumqayıt”ı qəbul edib. Oyun 5:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk oyunda da 3:1 hesabıyla qalib gələn “Zirə” finala adlayıb.
Digər yarımfinal oyunu “Aznur” ilə “Birbaşa Bakı” arasında olub. Matç 1:1 hesabı ilə başa çatıb. İlk matçda 2:1 hesabı ilə üstün olan “Birbaşa Bakı” finala yüksəlib.
Final oyunu aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək. 3-cü yer uğrunda oyunda isə “Sumqayıt”la “Aznur” qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью