Zirə ilə matçda zədələnən Kadinin son vəziyyəti bilindi AÇIQLAMA

08.04.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan "Qarabağ" - "Zirə" oyununda (1:0) zədələnən Kadi Borgesin son vəziyyətinə aydınlıq gəlib.

Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib:

"Kadinin zədəsi ciddi deyil. İki günlük müalicədən sonra özünü yaxşı hiss edir və sabahdan məşqlərə qoşulması planlaşdırılır".

Xatırladaq ki, "qartallar"la görüşün 15-ci dəqiqəsində cərimə zərbəsindən baxımlı qola imza atan Kadi xəsarət aldığı üçün matçın 54-cü dəqiqəsində yerini Aleksey Kaşuka vermək məcburiyyətində qalmışdı.  

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью