Zirə ilə oyun ərəfəsində Samir Abasovsuz Neftçi ni bu məqam sevindirir

02.12.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün "Zirə"nin qonağı olacaq "Neftçi"nin oyuna hazırdır.

Klubun sözçüsü Asəf Zeynallının Fanat.Az-a verdiyi məlumata görə, "ağ-qaralar"ın heyətində itki yoxdur.

Qeyd edək ki, Misli Premyer Liqasının 12-ci turunda "İmişli"dən alınan məğlubiyyətdən sonra (2:3) "xalq komandası"nın baş məşqçi Samir Abasov istefaya göndərilib. Onun postu müvəqqəti olaraq, klubun akademiyasında işləyən Sənan Qurbanova tapşırılıb.

"Zirə" - "Neftçi" qarşılaşmasının start fiti 19:00-da səsləndiriləcək. Qəsəbə təmsilçisi mübarizəyə 1/8 finaldan başlayacaqsa, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində 1-ci Liqa təmsilçisi MOİK-i 6:2 hesabı ilə məğlub ediblər.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью