“Zirə” ilk matçda “Payde”yə məğlub oldu Konfrans Liqası

23.07.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün "Zirə" futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın "Payde" komandası ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb və Pyarnu şəhərindəki "Rannastaadion" arenasında baş tutub.

Moldovalı referi Roman Jitarinin idarə etdiyi matç meydan sahiblərinin minimal qələbıəsi ilə başa çatıb - 1:0. 87-ci dəqiqədə Qambiyalı Pa Abdu Çam vurduğu qolla komandasına qələbə qazandırıb.

Cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, cütün qalibi üçüncü təsnifat mərhələsində Andorranın "Santa Koloma" və Avstriyanın "Rapid" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью