Zirə Karvan Yevlax ı məğlub etdi

19.03.2026

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə" Misli Premyer Liqasının XXV turunda qələbə qazanıb.

"Unikal" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "Karvan-Yevlax"ı üstələyib.

"Qartallar" Yevlax şəhər stadionundakı qarşılaşmada minimal hesabla qalib gəlib - 1:0.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Zirə" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 8 xalla sonuncu-12-ci sıradadır.

Günün ikinci matçında "Sabah" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью