sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 8-ci turuna Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Kəpəz" "doğma divarlar" arasında "Zirə"ni qonaq edir.
Turnir cədvəlində qonşu olan komandaların oyunu maraqla gözlənilir. Geridə qalan 7 turdan sonra meydan sahibləri 10 xalla 7-ci (bir oyun az keçirib), qonaqlar isə 11 xalla 6-cı pillədə qərarlaşıb. Gəncəlilər qalib gələcəyi təqdirdə "Zirə"ni ötə, Bakıətrafı qəsəbə təmsilçisi isə qələbə qazanacağı halda 5-ci yerdə olan "şamaxı" ilə xallarını bərabərləşdirə bilər. Bir sözlə, bugünkü oyunda hər iki komandaya 3 xal vacibdir.
Qeyd edək ki, 9-cu turun oyunlarına oktyabrın 23-də start veriləcək.
Misli Premyer Liqası
I dövrə, VIII tur
18:30. "Kəpəz" - "Zirə"
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Gəncə. Şəhər stadionu.