Zirə Kəpəz matçı niyə yubanır?

24.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının startı yubanır.

Axar.az Report-a istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.

“Zirə” - “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.

Qeyd edək ki, son olaraq oyunun startı saat 18:00-a təyin olunmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью