“Zirə” “Kəpəz” matçının vaxtı yenə ertələndi FOTO

24.02.2025

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Premyer Liqanın 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib.

Bu barədə "Zirə"nin mətbuat xidmətindən məlumat verilib.

Bu gün Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın başlanması saat 16:00-dan 18:00-a dəyişdirilmişdi.

Lakin hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fitinin saat 19:00-da verilməsi nəzərdə tutulub.

Sözügedən oyun ötən gün keçirilməli idi.

\\Sportinfo.az 

    
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью