Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutacaq. “Kəpəz” Tovuzda turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Zirə”ni qəbul edəcək.
“Zirə” bu görüşdə xal itirsə, lider “Qarabağ”ın sona 4 tur qalmış çempionluğu rəsmiləşəcək.
Azərbaycan Premyer Liqası
XXXII tur
26 aprel
19:00 Kəpəz – Zirə
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu