Zirə Kəpəzi darmadağın etdi

08.12.2024

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının XVI turunda "Kəpəz" "Zirə"yə məğlub olub.

Qaynarinfo-nun məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar. Fasilə ərəfəsində qonaqlar hesab arasındakı üstünlüyünü iki topa çatdırıb. 45+2-ci dəqiqədə Giorgi Papunaşvili meydan sahiblərinu cəzalandırıb.

48-ci dəqiqədə İssa Cibrila adını tabloya yazdırıb. Qarşılaşmada yekun hesabı isə 73-cü dəqiqədə rəqib qapısını dəqiq nişan alan Elçin Əlicanov müəyyənləşdirib.

Bu qələbə sayəsində "Zirə" xallarının sayını 26-ya çatdırıb. "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində isə qalib müəyyənləşməyib - 1:1.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью