“Zirə” “Kəpəz”lə, “Araz Naxçıvan” “Qəbələ” ilə qarşılaşır | Icma.az
Icma.az bildirir, Bizim media portalına istinadən. Misli Premyer Liqasında 3-cü tur davam edir.Bizim.Media xəbər verir ki, ikinci oyun günün
Əvvəlcə “Zirə” öz meydanında “Kəpəz”i qəbul edəcək.Hazırda paytaxt təmsilçisi 4 xalla 5-ci pillədə qərarlaşıb.
Komanda bu gün qələbə qazansa, lider “Sumqayıt”la xallarını bərabərləşdirək. İlk iki matçda uduzan “Kəpəz” isə hələlik xala həsrətdir.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək.
Elmar Baxşıyevin komandasının da 2 turdan sonra 4 xalı var və bu gün kollektiv növbəti qələbəsini qazanacağı halda zirvəyə şərik olacaq.
2 turdan sonra aktivində 1 xal olan “Qəbələ” isə 9-cu pillədə qərarlaşıb. 30 avqust (şənbə)18:00.
“Zirə” - “Kəpəz”Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural QurbanovVAR: Cavid CəlilovAVAR: Müslüm ƏliyevZirə İK stadionu20:30.
“Araz-Naxçıvan” - “Qəbələ”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli ƏliyevVAR: Rauf CabarovAVAR: Kamran Bayramov“Liv Bona Dea Arena”.Bizim.Media Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu