“Zirə” Kleytonu havayı TRANSFER ETDİ

23.06.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Zirə” yeni transferi Maykon Kleytonun keçidi üçün xərc çəkməyib.
Bizim.Media Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı qapıçı Misli Premyer Liqası təmsilçisinə azad agent kimi keçib.
Düzdür, braziliyalı qolkiperin “Portimonense” ilə müqavilə müddəti davam edirdi.
Lakin Kleyton əsas heyətin daimi üzvü olmadığından, portuqaliyalılar onunla müqaviləyə xitam verməyə razı olublar. Nəticədə qolkiper “Zirə”yə havayı başa gəlib.
Qeyd edək ki, Maykon Kleyton “Zirə” ilə 2 illik müqavilə bağlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью