Zirə komandası tarixində 400 cü oyununu keçirib

10.11.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Zirə" bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına məlumat verilib. Bu, Misli Premyer Liqasının XI turunun "Turan Tovuz"la ev matçına (0:0) təsadüf edib.

Əsası 2014-cü ildə qoyulan Bakı təmsilçisi indiyədək Premyer Liqada 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda 16 oyun keçirib. Zirəlilər 178 qələbə qazanıb, 111 heç-heçə edib və 111 məğlubiyyət alıb. Topların fərqi 508-402-dir.

Qeyd edək ki, "Zirə" ilk oyununu 2014-cü il sentyabrın 7-də birinci dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью