Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" klubu ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi bu oyunlar üçün iştirakk ərizəsini UEFA-ya təqdim edib. Siyahıda 21 futbolçunun adı var.
Bunlardan 2-si qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-cü isə hücumçudur.
"Zirə"nin iki aparıcı futbolçusunun adı iştirak ərizəsinə daxil edilməyib.
Komandanın liderlərindən olan və başqa kluba transfer olunacağı gözlənilən Salifu Suma 21 nəfərlik siyahıda yoxdur.
Həmçinin, Rafael Utziq də "Hayduk"la matçların heyətində yer almayıb.
Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev Yarımmüdafiəçilər: İsmayil İbrahimli, George Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate Hücumçular: Davit Volkov, Martins Junior, Vinsent Till, Abdul Aziz Batibie.