Zirə Kutaisililərə cavab verəcək

16.07.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" bu gün növbəti oyununa çıxır.

Bakıvaxtı.az xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan "Zirə" Gürcüstanda "Torpedo Kutaisi" komandasına qarşı cavab oyununa çıxacaq.

Kutaisidəki Ramaz Şengeliya stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью