Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 22 oktyabr, AZƏRTAC
“Zirə” futbolçusu Vensan Tillə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, lüksemburqlu yarımmüdafiəçi ilə imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, V. Till bu mövsümün əvvəlində “Sabah”dan ayrıldıqdan sonra “Zirə”yə keçmişdi.