Zirə liderin qonağıdır

27.11.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 13-cü tutunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Zirə"ni qəbul edir.

Meydan sahibləri hazırda 27 xalla çempionatın lideridir. Və heç şübhəsiz ki, zirvədə yerini qorumaq üçün bu matçdan da qalib ayrılmağı düşünür. "Zirə" isə turnir cədvəlinin 20 xalla 5-ci pillədə qərarlaşıb. Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan "qartallar"ın da liderlər qrupundan uzaq düşməmək üçün 3 xal uğrunda mübarizə aparacağı şübhə doğurmur. 

Qonaqlar bu matça 4 itki ilə çıxacağı məlumdur.  İssa Cibrila, Bayere Lue, Ktatau və Ange Mutsinzi zədə səbəbindən turun mərkəzi qarşılaşmasını kənardan izləmək məcburiyyətindədirlər.

Qeyd edək ki, "Neftçi" geridə qalan turlarda cəmi bir oyunda məğlub olub ki, o da Zirədə qeydə alınıb. Tərəflər arasında I dövrədə baş tutan görüş "qaratallar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Misli Premyer Liqası

II dövrə, VIII tur

19:00. "Neftçi" - "Zirə"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. "Palms Sports Arena".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью