Zirə minifutbol ÇL də ilk qələbəsini qazanıb

24.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Seymur Məmmədovun baş məşqçi olduğu komanda G qrupunda Çexiya təmsilçisi "Hanspaulka" ilə üz-üzə gəlib.

Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları İsa Atayev (22) və Samir Həmzəyev (30) rəqib qapısından keçiriblər.

Qeyd edək ki, "Zirə" ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi "Krayina" ilə heç-heçə etmişdi - 1:1.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью