Zirə mövsümün ilk oyununda qələbə qazandı

08.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandasını qəbul edib.
Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
 

32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.


Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью