Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Neftçi"nin sabiq futbolçusu Ataa Caberin karyerasını yenidən Azərbaycanda davam etdirmək ehtimalı olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Fələstin millisinin formasını geyinmiş yarımmüdafiəçi bu yaxınlarda agentlər vasitəsi ilə "Zirə"yə təklif olunub. Lakin "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov futbolçunun xidmətində maraqlı olmayıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2022-2024-cü illərdə "Neftçi"nin şərəfini qoruyub.