“Zirə” “Neftçi”: Startda iki qələbə qazanan komandalar üz üzə

30.08.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Zirə” Misli Premyer Liqasının üçüncü turunda bu gün “Neftçi”ni doğma meydanda qəbul edəcək.

İdman.Biz xəbər verir ki, hər iki komanda çempionatın ilk iki turunda iki qələbə qazanaraq 6 xal toplayıb. Bu baxımdan qarşılaşma turun maraqla gözlənilən oyunlarından biridir.

Matç saat 20:15-də Zirə İK stadionunda keçiriləcək.

Oyunu Elçin Məsiyev idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Əliyar Ağayev, AVAR hakimi Zeynal Zeynalov olacaq. Hakim-inspektor Şahin Cəfərov, AFFA nümayəndəsi isə Zaur Hacı-Məhərrəmov təyin edilib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью