Zirə nəhayət istədiyinə çatdı: Komandada qalır EKSKLÜZİV

14.04.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Zirə" aparıcı futbolçusu Ruan Renatonu komandada saxlamağı bacarıb.
Apasport.az saytına verilən məlumata görə, klub braziliyalı futbolçunu yeni müqavilə mövzusunda razı sala bilib.
"Zirə" bir müddətdir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq Renato ilə danışıqlar aparırdı. Artıq tərəflər arasında razılıq əldə olunub.
Yaxın günlərdə Ruan ilə yeni müqavilə imzalanacaq.
31 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-dən "Zirə"də çıxış edir.
O, buna qədər "Yuventude", "Austriya", "Vitoriya", "Fiqeyrense", "Botafoqo", "Ponte Preta", "Qəbələ" klublarında oynayıb.

“Qarabağ”dan yubiley qolu “Neftçi” Azərbaycan çempionatlarında 75-ci dəfə evdə məğlub olub Andradedən unikal nailiyyət - Cari mövsümdə ilk dəfə "Zirə"nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub “Bahar turniri” keçirilib - FOTO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью