Zirə nin futbolçusu 60 a çatdı

28.04.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub. 

Azərbaycan çempionatında 2018/19 mövsümündə debüt edən Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.

Füzuli Məmmədov: "Sabah"a qarşı oynamaq çox çətindir" Berdıyev: "O şansı gənc oyunçuların özləri qazanmalıdır" "Sabah" addım-addım çempionluğa doğru - YENİLƏNİB Rəşad Sadıqov Cəfərquliyev haqda: "Qurban müəllim belə qərar veribsə..." “Zirə” Tovuz səfərindən 1 xalla qayıdıb - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью