Zirə nin futbolçusu zədə səbəbindən üç həftə yaşıl meydanlardan kənarda qalacaq

14.04.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Zirə"nin futbolçusu David Volkov zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

O, Misli Premyer Liqasının XXX turunda, "Neftçi" ilə keçirilən oyununun (4:2) 64-cü dəqiqəsində rəqib futbolçu Ervin Koffi ilə toqquşaraq sifətindən xəsarət alıb.

Qeyd edək ki, aldığı zədədən sonra qarşılaşmanı davam etdirə bilməyən David Volkov 66-cı dəqiqədə Georgi Papunaşvili ilə əvəzlənib.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью