Zirə nin hücumçusu oynadı, Gürcüstan heç heçə etdi

09.06.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Zirə”nin futbolçusu Davit Volkov Gürcüstan millisində növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, Villi Sanyolun çalışdırdığı komanda Kabo Verde ilə yoldaşlıq matçında üz-üzə gəlib.

Kutaisidəki Ramaz Şengeliya adına stadionda keçirilən görüş heç-heçə başa çatıb - 1:1. 

Oyunda hesabı gürcülər açıb. 45+1-ci dəqiqədə Saba Lobjanidze fərqlənib. Afrika təmsilçisi 80-ci dəqiqəqədə Ryan Mendesin penaltidən vurduğu qolla məğlubiyyətdən qaçıb.

Matça ehtiyatdan başlayan Davit Volkov isə 54-cü dəqiqədə Girogi Kvilitaianın əvəzinə meydana daxil olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью