Zirə nin legioneri Azərbaycan çempionatında 25 ci qolunu vurub

14.04.2025

Cbcsport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatında 25-ci qolunu vurub.

Onun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib.

Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə”nin formasında 10-cu qolu olub.

Qeyd edək ki, Premyer Liqada “Qəbələ”nin heyətində də çıxış etmiş Rafael Utziq ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью