Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Düşünürəm ki, yaxşı oyun idi. Heç də asan keçmədi. Amma nəticə pis olmadı. Hər halda, bir xal qazandıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin futbolçusu Ange Mutsinzi deyib.
O, Misli Premyer Liqasının 17-ci turunun "Neftçi" ilə (0:0) oyunu haqda danışıb.
Ruandalı futbolçu növbəti turda qarşılaşacaqları "Sabah"la görüş barədə də fikirlərini bölüşüb:
"Biz də ümumilikdə nəticədən məmnun deyilik. “Neftçi” ilə oyuna üç xal üçün yollanmışdıq. Amma onlarla müqayisədə biz səfərdə oynayırdıq. Ona görə də düşünmürəm ki, hər şey o qədər də pis idi. Növbəti turda "Sabah"la qarşılaşacağıq. Həmin gün də meydana qalib gəlmək üçün çıxacağıq. Futbolda qələbələr, məğlubiyyətlər və heç-heçələr olur. Bu, oyunun bir hissəsidir. Amma təbii ki, daha tez-tez qalib gəlmək istəyirik".
"Zirə"nin müdafiəçisi mövsümün ilk hissəsində “Sabah”la görüşdəki 0:3 hesablı məğlubiyyəti də xatırlayıb:
"Sabah"ı qəbul edəcəyimizi nəzərə alsaq, buna uyğun oynamalıyıq. Amma daha yaxşı nəticə əldə etmək üçün "Neftçi"yə qarşı oynadığımızdan daha yaxşısını ortaya qoymalıyıq. Daha yaxşı olmaq üçün çalışacağıq. Üç xal qazanmaq üçün meydana çıxacağıq, amma istənilən nəticə qeydə alına bilər”.
Mirbağırağa
saytlarin hazirlanmasi