Zirə nin legioneri: Sumqayıt la görüşdə məqsədimiz dəyişməyəcək

20.04.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Zirə"nin müdafiəçisi Stefan Akka Sportal.az saytına açıqlama verib.

Qəsəbə təmsilçisinin üzvü Misli Premyer Liqasının 30-cu turunda məğlub etdikləri “Neftçi”yə qarşı görüşdən danışıb:

"Turnir cədvəlindəki mövqeyimizi bərkitmək etmək üçün çox vacib qələbə qazana bildik. Təbii ki, asan oyun deyildi. Amma nə qədər çətin vəziyyətə düşsək də, sonda qalibiyyəti əldə etməyi bacardıq. Həmin oyun bitər-bitməz “Sumqayıt”la oyuna fokuslanmışıq. Matça da yaxşı hazırlaşmışıq".

34 yaşlı futbolçu bu gün Misli Premyer Liqasının 32-ci turunda keçirəcəkləri “Sumqayıt”la matçdan gözləntilər barədə bunları deyib:

"Sumqayıt"la görüşdə də məqsədimiz dəyişməyəcək. Digər oyunlara olduğu kimi, bu matça da  qələbə üçün çıxacağıq. Kollektivimizə inanıram. Qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq".
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью