Icma.az, Qol.az saytına istinadən bildirir.
"Zirə"nin növbəti rəqibi bilindi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq. Matç iyunun 30-da Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Qeyd edək ki, "Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə uduzub. Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu “Navbahor”la da üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, "Zirə" bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.