Zirə nin qapıçısı: Yığmada çıxış etmək daha çox məsuliyyət tələb edir

25.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Təbii ki, milli komandaya dəvət aldığım üçün sevinirəm".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin qapıçısı Aydın Bayramov deyib.

Qolkiper Azərbaycan yığmasına çağırııması ilə bağlı fikirlərini bölüşüb: "Hamı bu formanı geyinmək istəyir. Azərbaycan millisinin heyətində yer almaq qürurvericidir. Yığmada çıxış etmək daha çox məsuliyyət tələb edir".

O, iyunun 7-də səfərdə Latviya, 10-da Bakıda Macarıstan seçməsinə qarşı keçirəcəkləri yoldaşlıq görüşləri ilə bağlı da fikirlərini bölüşüb:

"Qarşıdakı bizi iki yoldaşlıq oyunu gözləyir. Hazırda zəif rəqib yoxdur. Növbəti iki matçfa yaxşı nəticə qazanmağa çalışacağıq".

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью