Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Torpedo" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Kutaisi təmsilçisi Mateo Stamatov heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bolqarıstan milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah müdafiəçisinin son klubu ölkəsində "Septemvri Sofiya" olub.
Qeyd edək ki, "Zirə" ilə "Torpedo" arasındakı ilk oyun iyulun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Cavab görüşü isə ayın 16-da Gürcüstanda təşkil olunacaq.
saytlarin hazirlanmasi