Zirə nin rəqibi Sumqayıtda azarkeşsiz oynayacaq

27.07.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Estoniyada baş tutan birinci matçında "Payde"yə 0:1 hesabı ilə uduzan "Zirə" iyulun 30-da Sumqayıtdakı "SOCAR Polymer Arena"da vəziyyəti xeyrinə dəyişməyə çalışacaq. 

"Qartallar"ın sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, "Payde"nin Azərbaycandakı görüşdə dəstəksiz qalacağı gözlənilir: 
"Rəqib komanda ölkəmizə sabah gələcək. İndiyədək bizdən qonaq azarkeşlər üçün bilet istəməyiblər. Bəlkə də sonradan müraciət etdilər, amma hələ bir xəbər yoxdur".

Xatırladaq ki, UEFA "Zirə" - "Payde" matçını xorvatiyalı hakimlər briqadasına tapşırıb. FİFA referisi Dario Belə yan xətt hakimləri qismində İvan yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək. Qarşılaşmanın start fiti 20:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью