Zirə nin toplanış yeri hara olacaq?

18.06.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 klubdan üçü artıq toplanışla bağlı planlarını açıqlayıb. “Sabah”la “Qarabağ” Avstriyaya, “Neftçi” Sloveniyaya gedir.

Konfrans Liqasında iştirakı yalnız iyunun 15-də dəqiqləşən “Zirə” nə etmək fikrindədi? “Qartallar” vətəndə, yoxda Avropanın hansısa ölkəsində hazırlaşacaq? Bu suala cavab tapmaq üçün "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

"Hələ ki bəzi məqamlar var. Tam dəqiqləşsin, daha sonra bu haqda ətraflı məlumat veriləcək".


Xatırladaq ki, "Zirə" Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo" (Kutaisi) ilə qarşılaşacaq.
MURAD ABDULLAZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью