Zirə nin vingeri Ludoqorets lə razılaşdı

01.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Zirə"nin qvineyalı vingeri Salifu Sumaya Bolqarıstanın "Ludoqorets" klubu təklif göndərib.

Oxu.Az "AfrikaFoot"a istinadən xəbər verir ki, "Ludoqorets" 21 yaşlı hücumçunun "Zirə" ilə müqaviləsində nəzərdə tutulan 800 min avro məbləğində təzminat məbləği barədə məlumat alaraq, bununla razılaşıb və artıq danışıqlara başlayıb.

Bolqarıstan klubu Suma ilə müqaviləni daha bir il uzatmaq şərti ilə üç illik müqavilə təklif edib.

Qeyd edək ki, Salifu Suma üçün daha öncə Türkiyə və Rusiya klubları da təklif göndərsələr də keçid maliyyə məsələləri səbəbindən baş tutmamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью