Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən Bakının “Zirə” komandası UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab görüşünü keçirib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Gürcüstanda “Torpedo” komandasının qonağı olub. Kutaisidəki “Şengeliya Arena”da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:0.
Qolları 25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev meydan sahiblərinin qapısından keçirib.
Xatırladaq ki, “Zirə” Sumqayıtdakı ilk matçda da rəqibini 3:0 hesabı ilə üstələmişdi. Beləliklə hər iki oyunda böyük hesabla qalib gələn bakılılar II təsnifat mərhələsinə vəsiqə qazanıb. “Qartallar” bu raundda
Estoniyanın “Payde” klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” klubu da bundan əvvəl növbəti mərhələyə vəsiqə qazanıb.
Ə.QABİL
XQ