Zirə onu da komandada saxlayacaq EKSKLÜZİV

18.03.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Zirə" yeni mövsümdə daha bir legionerini heyətdə saxlamaq istəyir. 

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi komandanın aparıcı futbolçusuna çevrilən Giorgi Papunaşvilini heyətdə saxlamaq üçün danışıqlara başlayıb.

Klub onun müqaviləsini uzatmaq istəyir. Tərəflər arasında razılıq əldə olunacağı gözlənilir.

Ötən mövsümü "Kəpəz"də keçirmiş Papunaşvili mövsümün əvvəlində "Zirə" ilə anlaşmışdı. 29 yaşlı futbolçu karyerası ərzində "Dinamo" (Tbilisi), "Verder", "Saraqosa", "Apollon", "Torpedo" (Kutaisi), "Radniçki", "Samtrediya", "Telavi" komandalarında çıxış edib.

Papunaşvili Gürcüstan millisində 16 görüşdə iştirak edib və 3 qol vurub.

Millimiz məğlub oldu - YENİLƏNİB Sabiq "Neftçi"li yenə istefaya göndərildi UEFA-nın dəstəyi ilə Lənkəranda “Qızlar Futzal Kuboku” keçirilib "Neftçi": 88 yaşını tamamlayan "qoca çinar" Birinci Liqada XIX turun oyun cədvəli bəlli olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью