“Zirə” öz evində “Sumqayıtı məğlub etdi

30.11.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Misli Premyer Liqasının XV turu çərçivəsində “Zirə” “Sumqayıt”ı qəbul edib.

Teleqraf.com xəbər verir ki, hakim Rəşad Əhmədovun idarə etdiyi matç Zirə İdman Kompleksinin stadionunda baş tutub.

Oyunda hesab erkən açılıb: 8-ci dəqiqədə David Volkovi ev sahiblərinin ilk qoluna imza atıb. 37-ci dəqiqədə isə “kimyaçılar” status-kvonu bərpa ediblər: Nikola Vuynoviç dəqiq olub.

Bununla belə, ikinci hissədə “qartallar” təşəbbüsü ələ keçirərək rəqibi üç dəfə məyus ediblər. 55-ci dəqiqədə “Zirə”nin gürcüstanlı futbolçusu Gorgi Papunaşvili komandasının ikinci qolunu vurub. 67 və 76-cı dəqiqələrdə isə Volkovi fərqlənərək oyunda son nöqtəni qoyub: “Zirə” – 4, “Sumqayıt” – 1.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью