Zirə Özbəkistan klubuna məğlub oldu

27.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Zirə" Özbəkistan klubuna məğlub oldu

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la qarşılaşıb. Matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində Yeqor Boqomolski fərqlənib.

Xatırladaq ki, "Zirə" hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşaraq rəqibinə 3:4 hesabı ilə uduzub. Komanda 1 iyulda növbəti yoxlama matçına çıxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью